Siyasət

Gürcüstanın sabiq müdafiə naziri Ukraynada vuruşur - FOTO

8 Mart 2022 23:46
1 Şərh     Baxış: 2 246

Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili bir dəstə gürcü könüllü ilə birlikdə Ukraynada Rusiya Silahlı Qüvvələrinə qarşı vuruşur.

Milli.Az Ukraynanın Müdafiə Nazirliyinə istinadən bildirir ki, sabiq müdafiə naziri, "Qalib Gürcüstan" Partiyasının sədri İ.Okruaşvilinin dediyinə görə, Ukraynada həm də Gürcüstanın taleyi həll olunur.

"Yəqin ağlıma da gətirə bilməzdim ki, 48 yaşımda Gürcüstanın azadlığı uğrunda Ukraynada əldə silah döyüşəcəyəm. Ukrayna-Polşa sərhədində uşaqların qorxmuş baxışlarını həyatımın sonuna qədər unudan deyiləm", - İ.Okruaşvili bildirib.

İ.Okruaşvilinin dəstəsində siyasətçi David Kasarava və bloqer Domenik Manqo da var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.