Siyasət

Ukraynada Rusiya tanklarına divan tutulur - FOTO

4 Mart 2022 10:09
2 Şərh     Baxış: 2 536

Ukraynada Rusiya Silahlı Qüvvələrinin zirehli-tank birləşmələri son iki sutkada çox ağır itkilər veriblər.

Milli.Az bildirir ki, Rusiyanın Ukraynaya yeritdiyi hərbi birləşmələrdə say etibarilə ən "populyar" olan T-72B3, T-90A, T-90SA və T-90M tanklarını ukraynalı hərbçilər Ukrayna istehsalı olan "RK-3 Korsar ATGM" tank əleyhinə raket kompleksi və ABŞ istehsalı olan "FGM-148 Javelin" zenit-raket kompleksi ilə asanlıqla vuraraq sıradan çıxarırlar.

Hazırda ən ağır, şiddətli döyüşlərin getdiyi Kiyev və Xarkov vilayətlərində son sutkada Rusiyanın 40 tankı vurulub.

Bu gün səhər saatlarından etibarən Rusiyanın zirehli-tank birləşmələri yerdəyişmələr edərək müvəqəti dislokasiya və cəmləşmə yerlərini dəyişiblər, yeni mövqelər tutmağa çalışıblar.

Onların qarşısını Ukrayna ordusu ilə Ərazi Müdafiə Qüvvələri, habelə könüllülər kəsiblər.

"Ukraynada Rusiya tanklarına divan tutulur", - bunu isə rusiyalı tankçılardan biri deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.