Siyasət

Ana və 5 uşağı "Ukraynanı dəstəkləməyə" görə tutuldular - FOTO

2 Mart 2022 11:09
1 Şərh     Baxış: 3 991

Moskvada ana və ən kiçiyi 7, böyüyü 11 yaşda olan beş övladı "ictimai asayiş qaydalarını kobud şəkildə pozmaq"da suçlanaraq tutulublar.

Milli.Az bildirir ki, onlar dünən Ukraynanın Moskvadakı səfirliyinin yanına gedərək "Müharibəyə yox!" deyiblər. Uşaqların əlində "Savaş istəmirik!" yazılmış plakatlar vardı.

Ana və uşaqları Presnya rayon daxili işlər idarəsinə aparılaraq təcrid kamerasına salınıblar.

Yalnız vəkil gələndən sonra uşaqları buraxıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.