Siyasət

Tahir Kərimli “əjdahalı” görüntülərindən danışdı - VİDEO

17 Fevral 2022 21:54
1 Şərh     Baxış: 1 258

Milllət vəkili Tahir Kərimli dünən yayılan görüntülərinə aydınlıq gətirib. O, ölümlə təhdid olunduğunu iddia edib.

Milli.Az xəbər verir ki, o, bu barədə ''Xəzər Xəbər''ə açıqlamasında deyib.

Millət vəkili baş verənlərlə bağlı deyib ki, Milli Məclisdən evə dönərkən qapısından asılı vəziyyətdə üzərinə onu təhdid edən fikirlər yazılmış kiçik vərəq görüb.

Bundan sonra o, həmin şəxslərə cavab olaraq video çəkmək qərarına gəlib. Videoda əlində olan oyuncaq əjdahanı göstərməklə onu hədələyən şəxslərə bir mesaj göndərib.

Tahir Kərimlinin hədələnməsi məsələsinə Daxili İşlər Nazirliyindən də münasibət bildirilib. DİN-in KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, təmsil etdiyi quruma Tahir Kərimli tərəfindən ölümlə hədələndiyi barədə hər hansı şikayət xarakterli müraciət daxil olmayıb.

Tahir Kərimli isə qeyd edib ki, məsləhət olarsa, hüquq-müahifzə orqanlarına bununla bağlı şikayət edəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.