Siyasət

UNESCO Azərbaycan, Fransa, Ermənistan və Aİ rəhbərlərinin görüşündə irəli sürülən ideyaları nəzərdən keçirə bilər

9 Fevral 2022 11:04
Baxış: 351

"Ermənistan və Azərbaycanla tam əməkdaşlıq qiymətləndiriləcək".

Bu barədə APA-nın sorğusuna cavab olaraq UNESCO-dan bildirilib.

"1954-cü il Konvensiyası çərçivəsində UNESCO-nun Müstəqil Texniki Missiyası üçün şərait yaratmaqla bağlı bütün tərəflərlə işləyirik. Bu məqsədlə UNESCO regional təşkilatlardan, eləcə də ayrı-ayrı ölkələrdən faydalı ola biləcək bütün ideyaları və təşəbbüsləri, alqışlayır. Fevralın 4-də keçirilən toplantıda irəli sürülən ideyalar bu baxımdan nəzərdən keçirilə bilər. Bu ideyalar UNESCO tərəfindən Ermənistan və Azərbaycanla tam əməkdaşlıq şəraitində qiymətləndiriləcək",-deyə qurumun rəsmi cavabında qeyd olunub.

Xatırladaq ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə videokonfrans formatında keçirilən görüşdə UNESCO-nun qiymətləndirmə missyasının Azərbaycana və Ermənistana səfəri ilə bağlı razılıq əldə olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.