Siyasət

Qara­bağda ağıllı şəhər konsepsiyasına qoşulmaq istəyirik - ASELSAN rəhbəri

29 Dekabr 2021 11:24
0 Şərh     Baxış: 565

Vətən müharibəsindən sonra Qara­bağın tamamilə yenidən qurulması üçün Prezident İlham Əliyevin elan etdiyi ağıllı şəhər konsepsiyasına qoşulmaq, ortaya qoyduğu iradəyə, məqsədə dəstək olmaq üçün enerjimizlə, bilgimizlə, bütün imkan­larımızla töhfə vermək istəyirik.

Milli.Az xəbər verir ki, bunu "Xalq" qəzetinə müsahibəsində Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün deyib.

O qeyd edib ki, yenidənqurmada ASELSAN-ın yaratdığı bir çox sistem var. Bu istiqamətdə Türkiyədə qurduğumuz və tətbiq etdiyimiz bir sıra layihələr var.

"ASELSAN nəqliyyatdan başlayaraq sağlıq, ödəniş sisteminə qədər bütün istiqamətlərdə şəhərin mənalı şəkildə idarəsində istifadə edilə biləcək data və netvork əsaslı proqramları həm yazır, həm də layihələndirir. Vətən müharibəsindən sonra Qara­bağın tamamilə yenidən qurulması üçün Prezident İlham Əliyevin elan etdiyi ağıllı şəhər konsepsiyasına qoşulmaq, ortaya qoyduğu iradəyə, məqsədə dəstək olmaq üçün enerjimizlə, bilgimizlə, bütün imkan­larımızla töhfə vermək istəyirik. Biz bu şəhərlərin layihələndirilməsində, dizayn olunmasında məsuliyyət götürərək dəstək vermək arzusundayıq. Bu istiqamətdə bilik və təcrübəmizi bölüşmək üçün aidiyyəti qurumlarla görüşlər keçiririk. Oktyabr ayında iştirak etdiyimiz "Qaraba­ğı yenidən qur 2021" yarmarkası bizim burada əməkdaşlığımızı gücləndirmək baxımından əhəmiyyətli idi. Bütün aidiyyəti dövlət qurumları və şirkətləri ilə çoxlu görüşlər keçirmək imkanımız oldu. Yaxın vaxtlarda bu sahədə fəaliyyətimizi sürətləndirməyi planlaşdırırıq. ASELSAN olaraq bu istiqamətdə Azərbaycanla hər cür əməkdaşlığa hazırıq", - deyə o bildirib

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.