Siyasət

“Total Energies”in sədri Prezident İlham Əliyevi təbrik edib

24 Dekabr 2021 14:52
Baxış: 793

"Total Energies" şirkətinin İdarə Heyətinin sədri, baş icraçı direktoru Patrik Puyane Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri, hörmətli cənab Prezident,

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

"Total Energies" şirkətinin adından və şəxsən öz adımdan Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan dövlətinin inkişafı və xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulamaqdan məmnunluq duyuram.

Mən "Total Energies" şirkəti ilə Azərbaycan hökuməti arasında əməkdaşlığa böyük əhəmiyyət verirəm. Bizim şirkətimiz SOCAR-la birlikdə Azərbaycanda enerji sektorunun uzunmüddətli inkişafına töhfə vermək işinə sadiqdir.

Zati-aliləri, gələcək illərdə əməkdaşlığımızın daha da inkişafına və möhkəmlənməsinə ümid edirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.