Siyasət

Prezident İlham Əliyev dünyaşöhrətli alim Əziz Səncəri qəbul edib - FOTO

2 Dekabr 2021 18:29
Baxış: 1 183

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də ABŞ-ın Şimali Karolina Universitetinin biokimya və biofizika fakültəsinin professoru, Kimya üzrə Nobel mükafatı laureatı, DNT sahəsində mühüm kəşfləri ilə tanınan, ABŞ Milli Elmlər Akademiyasının üzvü, dünyaşöhrətli alim Əziz Səncəri qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Əziz Səncər Vətən müharibəsində Qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik etdi və bu Qələbədən bütün türk dünyasının qürur hissi keçirdiyini dedi.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev Vətən müharibəsi zamanı Əziz Səncərin Azərbaycanın haqlı mövqeyini şəxsən dəstəkləməsini və təbrik etməsini yüksək qiymətləndirərək bunun ölkəmizin haqq səsinin dünyada ucaldılması işinə xidmət etdiyini vurğuladı.

Dövlətimizin başçısı müharibə dövründə ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində valideynlərini itirmiş uşağa Əziz Səncərin yardım etməsini xatırladaraq, bunu böyük insanpərvərlik nümunəsi kimi qiymətləndirdi. Əziz Səncəri türk dünyasının önəmli şəxsiyyəti kimi dəyərləndirən Prezident İlham Əliyev onun ölkəmizə səfərə gəlməsindən məmnunluğunu bildirdi və Azərbaycan xalqının ona həm bir alim, həm də bir vətənpərvər insan kimi böyük hörmət və sevgi bəslədiyini xüsusi olaraq vurğuladı.

Sonda xatirə şəkli çəkdirildi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.