Kulinariya

Uşaqların menyusuna: Stəkanda keks - RESEPT

14 İyul 2017 07:00
0 Şərh     Baxış: 3 812

Uşaqların ən sevimli qidalarından biri də şirniyyatdır. Bu şirniyyat onların yeməyi üçün nə qədər rahat olsa bir o qədər yaxşıdır. Üstü bəzədilmiş kekslər isə onlar üçün əvəzedilməzdir. Milli.Az lent.az-a istinadən həm çay süfrələrinizi bəzəyən, həm də uşaqlarınızın bəyənəcəyi Stəkanda keksin hazırlanma qaydası ilə sizi tanış edir. 

Tərkibi:
 
 - 3 yumurta
 - 1 su stəkanı şəkər
 - 1,5 su stəkanı un
 - Yarım çay stəkanı su
 - Yarım çay stəkanı duru yağ
 - 1 qabardma tozu
 - 1vanilin
 
Üzəri üçün:
 
- Çiyələkli kerm şanti
 - Çiyələk sosu
 
Hazırlanması:
 
Dərin bir qabda yumurta və şəkəri qatıb mikserlə çırparaq qar halına gətirin. Daha sonra duru yağ və suyu əlavə edib çırpmağa davam edin. Un, qabartma tozu və vanilini də əlavə edərək, şparula ilə eyni istiqamətdə qarışdırıb unu yaxşıca yumurtalar ilə çırpın. Daha sonra dondurma stəkanlarını su stəkanlarının içərisinə qoyun.
 
İçərilərini yarıya qədər xəmir qoyub dondurma stəkanlarını su stəkanları ilə birlikdə soba qablarına düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin.
Keksləri sobadan çıxardıb soyumasını gözləyin. Bu arada isə krem şantini hazırlayın.
 
Krem şantiyə 1 stəkan süd qatıb möhkəm çırpın və soyuducuda bir az saxlayın. Daha sonra şantini soyuducudan çıxarın. Şirniyyat qaşığını suya batırıb çıxarın və şantidən qaşıqla alıb kekslərin üzərinə dondurma şəkli verib çiyələkli sosla bəzəyin.
 
Nuş olsun!

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.