ABŞ-nin Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosi Konqresdəki siyasi karyerasını bitirmək qərarına gəlib.
Milli.Az xəbər verir ki, bu barədə Pelosi özü bildirib.
"Mən Konqresə yenidən seçilmək niyyətində deyiləm. San-Fransisko, gücünü tanı. Biz tarix yazmışıq. Biz irəliləyişə nail olmuşuq. Biz həmişə ən ön sıralarda getmişik", - Pelosi videomüraciətində deyib.
Qeyd edək ki, 85 yaşlı Nensi Pelosi ABŞ Konqresində 40 ilə yaxın San-Fransiskonu təmsil edib. Onun mandatı 2026-cı ildə sona çatır.
Milli.Az





