Onlayn səhifədən paltar aldı, başqa məhsul göndərdilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Texnologiyanın inkişafı bir çox gündəlik işlərimizi asanlaşdırır və vaxta qənaət etməyə imkan yaradır. Bu rahatlıqlardan biri də onlayn alış-verişdir.
Lakin rahatlığın təhlükəli tərəfləri də var. Son zamanlar sosial şəbəkələr üzərindən edilən onlayn alış-verişlərdə dələduzluq hallarının artdığı müşahidə olunur.
Bununla bağlı Milli.Az-a şikayət daxil olub.
Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, vətəndaş "Instagram"da fəaliyyət göstərən "oversize_az" onlayn geyim səhifəsindən şalvar sifariş edib və ödənişi bank kartı vasitəsilə həyata keçirib. Lakin məhsul onlara vəd olunduğu kimi göndərilməyib.
Müştərinin sözlərinə görə, satıcı tərəfindən tamam başqa məhsul göndərilib, eyni problem başqa alıcıların da başına gəlib. Narazılıq bildirildikdən sonra isə səhifə müştəriləri bloklayaraq bütün əlaqəni kəsib.
Şikayətçilər bildirirlər ki, ödəniş edilsə də, nə düzgün məhsul alınıb, nə də pul geri qaytarılıb.
Bəs, bu hallarda qanunvericiliklə hansı addımlar atılır?
Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib ki, əgər vətəndaşlara qarşı hər hansı formada dələduzluq əməli baş veribsə, hüquq-mühafizə orqanları müvafiq araşdırma ilə dəymiş zərərin məbləğinə uyğun olaraq əməli törətmiş şəxsin məsuliyyətə cəlb edilməsini təmin edir.
Qeyd edib ki, dələduzluq yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə həm inzibati, həm də cinayət məsuliyyətinə səbəb olur:
"Əgər ələ keçirilən məbləğ 500 manatdan azdırsa, bu, inzibati xəta hesab edilir və İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə məsuliyyət yaradır. Ələ keçirilən əmlak 500 manatdan yuxarı olduqda cinayət məsuliyyəti nəzərdə tutulur və məbləğdən asılı olaraq Cinayət Məcəlləsinin 178-ci maddəsinin müvafiq bəndləri ilə cinayət işi başlanılır".
R.Əliyev nəzərə çatdırıb ki, həm istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs mülki iddia verə bilər. İzah edib ki, məhkəmə şəxsin cinayət əməlinə hüquqi qiymət verir, yəni onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza tətbiq edir, həm də mülki iddia əsaslıdırsa, məbləğin zərərçəkmişə geri qaytarılması ilə bağlı qərar çıxarır:
"Dələduzluq edən şəxs həbs olunsa belə, onun zərərçəkmişin borcunu ödəmək öhdəliyi aradan qalxmır. Həbsdən çıxdıqdan sonra da borcu ödəməlidir. Məhkəmə qərarını icra etməsə, buna görə də ayrıca məsuliyyət daşıyacaq".
Hüquqşünas əlavə edib ki, zərərçəkmiş şəxsə dəymiş zərər ödəndikdə və tərəflər arasında barışıq əldə edildikdə təqsirləndirilən şəxs məsuliyyətdən azad oluna bilir:
"İstintaq və ya məhkəmə dövründə dəymiş ziyanı ödəyirsə, eyni zamanda məbləğ xeyli miqdardırsa, 25%-i, külli miqdardırsa, 50%-i qədər dövlət nəfinə pul ödəyirsə, məsuliyyətdən azad edilə bilir. Əks halda, onun cəzası təyin olunur, cəzasını çəkməlidir".
Mina Mikayılova
Milli.az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Klinikanın qarşısındakı qəzanın anbaan (Videosu)
-
"İrəvana risk edib getmişdim" - Azərbaycanlı bloger
-
“Perihan” son halı - (Foto)
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
-
Mingəçevirdə 21 yaşlı gənc qonşusunu bıçaqlamaqda şübhəli bilinir
-
Bakıda kollecdə qanlı hadisənin səbəbi açıqlandı - (Video)
-
“Bakıda olduğum üçün çox xoşbəxtəm”: Devid Qarrettin virtuoz skripkası, rok hitləri və simfonik enerjisi
-
Gürcüstanda azərbaycanlı qardaşlar güllələndi
-
Türkiyədə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - Yenilənib
-
Bu şəxslər 3600 manat maaş alacaq
-
Çingiz imicini dəyişdi - (Foto)
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
-
Qarabağ Ustası: Strategiya, Suverenlik və Azərbaycanın Qələbəsi
-
Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
-
İşğal olunmuş rayon sakini ilə evli kişilərə də "məcburi köçkün" statusu veriləcək
-
“Məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi qaydaları dəyişib
-
Vilayəti Paşinyana xəbərdarlıq etdi - “Onların ayaqlarını qıracağıq”
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib - (Video/Foto)
-
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - (Foto)
-
Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək - (Video)
-
Bu uşaqlar da məcburi köçkün statusu ala biləcək - Rəsmi





