Damarları tıxayır, oksigen çatmır - Xeyli insan bu səbəbdən ölür: Açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnfarkt və insult adətən qəfil baş vermir. Bu xəstəliklərin formalaşması illərlə davam edən risk faktorlarının toplanması nəticəsində baş verir.
Milli.Az xəbər verir ki, bunu kardioloq, Rusiya Səhiyyə Nazirliyinin Tibb və Profilaktika Mərkəzinin elmi əməkdaşı Yelizaveta Roqojkina deyib.
O bildirib ki, infarkt və insultun yaranmasında yeddi əsas risk faktoru var və onların çoxunu nəzarətdə saxlamaq mümkündür.
Mütəxəssis vurğulayıb ki, hər iki xəstəlik əslində aterosklerozun nəticəsidir, yəni damarların tədricən sərtləşməsi və daralması nəticəsində yaranan qan dövranı pozuntusunun. Damar divarlarında yaranan lipid təbəqələri qan axınının qarşısını alır və toxumaları oksigensiz qoyur. Əgər bu tıxanma ürəyə qan daşıyan damarda baş verirsə, infarkt, beyinə qan aparan damarda baş verərsə isə insult yaranır.
Roqojkinanın sözlərinə görə, xroniki stress, yuxu çatışmazlığı, düzgün olmayan qidalanma, yüksək təzyiq, yüksək xolesterin, siqaret çəkmə, şəkərli diabet, artıq çəki və fiziki passivlik bu xəstəliklərin başlıca səbəbləridir.
Kardioloq xüsusilə trans və doymuş yağların çox qəbul edilməsinin "pis" xolesterini artırdığını, bunun da damarların tıxanmasına və aterosklerozun sürətlənməsinə səbəb olduğunu qeyd edib. Siqaret çəkmə damar spazmına və qanda oksigen səviyyəsinin enməsinə gətirir, bu da ürək-damar sistemini daha da zəiflədir.
Mütəxəssis əlavə edib ki, yuxusuzluq və stress orqanizmdə kortizol səviyyəsini yüksəldir və bu da qan təzyiqinin artmasına, iltihabi proseslərin güclənməsinə səbəb olur.
Roqojkina bildirib ki, balanslı qidalanma, gündəlik fiziki aktivlik və siqaretdən imtina infarkt və insult riskini əhəmiyyətli dərəcədə azalda bilər. O, həmçinin hər kəsə ildə ən azı bir dəfə təzyiq, xolesterin və qlükoza səviyyəsini yoxlatmağı tövsiyə edib.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tualet kağızı tarixə qovuşur - yeni gigyena cihazı
-
Avtobus sürücülərinin qayda pozmasına görə hansı tədbir görülür? - (Video)
-
ABŞ Milli Təhlükəsizlik Agentliyi məxfi şəbəkəsində nasazlıq yarandığını təsdiqləyib
-
Putinin tərcüməçisi ABŞ rəsmiləri ilə görüşə damğa vurdu - (Video)
-
Bələdiyyə sədri qəfil öldü - (Foto)
-
ABŞ-də benzin xeyli ucuzlaşdı
-
Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin (Fotoları)
-
Günün qoroskopu: Ani qərarlar vermək üçün uyğun gün deyil
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 19 nəfər həlak olub - Yenilənib
-
11 milyon dollarlıq əmlak: Lamin Yamal Şakira və Pikenin evinin yeni sahibi oldu
-
ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər
-
Qaranlıq yollara işıqqaytarıcı boyaların vurulması effektivdir? - (Video)
-
Müzəffər İsayev vəfat etdi
-
"Xəyanət edirsə, onu bağışla" - Ayan Babakişiyeva
-
Məşhur aktyor Luis Lorenso həbs edildi
-
ABŞ Keşm adasına raket zərbəsi endirdi - (Video)
-
Bədbəxt hadisə nəticəsində ölən Elvinin (Fotosu)
-
Eldar İsmayılov təqaüdə göndərilir
-
"Atamda xərçəng aşkarlandı, 20 günün içində öldü" - Xuraman Əlizadə
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
"Müalicəmi davam etdirmədim" - İntizar Məmmədzadə xəstəliyindən danışdı
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)





