Kulinariya

Artıq qalan plovu atmayın - Cəmi 2 inqrediyentlə qlütensiz, sağlam cips hazırlayın

5 Noyabr 2025 00:47
Baxış: 314
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Axşam yeməklərinin əvəzolunmaz tərəfi olan plov bəzən artıq qala bilər. İsinəndə əvvəlki dadını itirirsə, onu fərqli və sağlam bir qəlyanaltıya çevirə bilərsiniz. Sadə, qlütensiz və çox dadlı bu resepti siz də sınayın.

Milli.Az plov cipsi üçün lazım olan inqrediyentləri təqdim edir:

  • Pişmiş və ya artıq qalmış plov
  • Zeytun yağı
  • Duz

İstəsəniz, cipsinizə istiot, bibər tozu, sarıkök, ot qarışıqları və digər ədviyyatlar da əlavə edə bilərsiniz. Bu, həm dadı zənginləşdirir, həm də vitamin və mineral baxımından dəyərini artırır.

Əgər kartof soymaq və ya unla işləmək istəmirsinizsə, bu üsul tam sizlikdir!

Artıq plovu blenderə əlavə edin.

Üzərinə zeytun yağı və duz əlavə edin. İstəsəniz sevdiyiniz ədviyyatları da qatın.

Blenderdə qarışığı püre halına salın.

Hazır olan kütləni sıxma torbasına və ya buzqabı paketinə doldurun.

Soba listinə yağlı kağız sərib, qarışıqdan findıq böyüklüyündə hissələr sıxın.

Üzərinə ikinci bir yağlı kağız qoyun və stəkanın dibi ilə yüngülcə basaraq yastılaşdırın.

Sobanı 180°C-yə qədər qızdırın və sinini yerləşdirin.

Bişmə müddəti təxminən 10 dəqiqədir, amma bu, sobadan sobaya dəyişə bilər.

Ona görə cipslərin yanmaması üçün daim nəzarət edin.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.