Airfrayer yoxsa soba - Hansı daha qənaətcildir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mətbəxdə yemək hazırlayarkən "hansı cihaz daha az elektrik işlədir?" sualı artıq iqtisadi bir zərurətə çevrilib. Bəziləri "Airfrayer"in sürətinə güvənir, bəziləri isə sobanın "bir dəfəyə çox iş" görmək üstünlüyünü müdafiə edir. Ekspertlər isə bildirir ki, məsələ cihazın adında deyil; onun neçə vatt enerji çəkməsində, işləmə müddətində və neçə porsiya yemək bişirməsindədir.
Milli.Az xəbər verir ki, Enerji istehlakını hesablamaq üçün sadə bir düstur mövcuddur:
Sərfiyyat (kWh) = Güc (kW) × Zaman (saat)
Xərc (AZN) = Sərfiyyat (kWh) × Tarif (1 kWh üçün qiymət)
Ümumi mənzərə aydındır: tək porsiya, qısa müddətli və sürətli bişirmə tələb olunduqda Airfrayer daha qənaətcildir. Lakin çoxsaylı ailə yeməkləri, böyük porsiyalar və eyni anda bir neçə list (podnos) bişirildikdə sobanın üstünlüyü artır. Əgər eyni yeməyi bişirmək üçün Airfrayeri iki-üç dəfə dalbadal işlətmək lazımdırsa, soba ilə arasındakı fərq sürətlə itir.
Cihazların Müqayisəli Hesablaması
1. Kartof qızartması və ya qəlyanaltı (Kiçik porsiya)
Airfryer: 1,5 kW × 20 dəqiqə (0,33 saat) = 0,50 kWh
Soba: 2,0 kW × 45 dəqiqə (əvvəlcədən isidilmə daxil) = 1,50 kWh
Nəticə: Airfryer bu ssenaridə qat-qat daha sərfəlidir.
2. Toyuq və ya kotlet (Orta porsiya)
Airfryer: 1,7 kW × 25 dəqiqə = 0,71 kWh
Soba: 2,2 kW × 60 dəqiqə = 2,20 kWh
Nəticə: Airfryer hələ də enerji sərfiyyatı baxımından öndədir.
3. Böyük ailə yeməyi (İki list və ya böyük porsiya)
Airfryer (2 dəfə dalbadal işlətmə): 1,7 kW × 50 dəqiqə = 1,41 kWh
Soba (iki list eyni anda): 2,2 kW × 60 dəqiqə = 2,20 kWh
Nəticə: Airfryer hələ də bir az üstün görünsə də, əgər üçünçü dəfə işlətmək lazım olsa, soba ilə xərclər eyniləşir.
Qənaəti Müəyyən Edən 5 Vacib Məqam
Əvvəlcədən isitmə: Sobanın 10-15 dəqiqəlik isidilmə müddəti ümumi enerji sərfiyyatını ciddi şəkildə artırır.
Porsiya sayı: Airfryer kiçik həcmdə səmərəlidir, böyük həcmdə isə məhduddur.
Hərarət və zaman: Yüksək temperaturda uzun müddət işləyən sobalar daha çox kWh xərcləyir.
Eyni anda çox yemək: Soba bir neçə yeməyi eyni vaxtda bişirə bildiyi üçün qonaqlı süfrələrdə daha avantajlıdır.
Pilləli tarif: Aylıq limit keçildikdə hər bir kWh daha baha başa gəlir, bu da çox işləyən cihazların faturaya təsirini artırır.
Öz cihazınızın sərfiyyatını hesablamaq üçün onun üzərindəki vatt (W) göstəricisini 1000-ə bölərək kW-a çevirin və işlətdiyiniz müddətə vurun. Bu, sizə real maliyyə mənzərəsini verəcək.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Təhlükəsizlik yastığı sürücünün həyatını belə xilas etdi – (Video)
-
""Hollivud"a dəvət alan ilk azərbaycanlı aktyoram" - (Video)
-
Kamil Zeynallı qızının uğuruna kövrəldi - (Video)
-
Əməl Sayın mirasını kimə qoyacaq?
-
Serenay Sarıkayanı "Şabaniye"yə bənzətdilər - (Video)
-
Zeynəb Xanlarova uzun fasilədən sonra – Canlı ifası diqqət çəkdi - (Video)
XƏBƏR LENTİ
-
25 iş gününə 19 min manata yaxın maaş - Azərbaycanda iş elanı
-
Təhlükəsizlik yastığı sürücünün həyatını belə xilas etdi – (Video)
-
İşdən çıxarılan generala yeni vəzifə verildi
-
Fuad Nəcəfli aylar sonra görüntüləndi - (Foto)
-
Azad edilmiş ərazilərdə 152 mina, 1343 hərbi sursat tapıldı - Rəsmi
-
Azərbaycan millisi Andorra ilə qarşılaşacaq
-
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi - (Video)
-
""Hollivud"a dəvət alan ilk azərbaycanlı aktyoram" - (Video)
-
Bir mənzilin borcu bütün binanın istiliyinə təsir edəcək - Açıqlama
-
Makron özü ilə bağlı etiraf etdi: Hələ də yetkinləşə bilməyib
-
Azərbaycanda daha bir vəkil həbs edildi
-
İsmayıllıda keçmiş məktəb direktoru vəfat edib
-
Ermənistan telekanalında canlı efirdə dava - Siyasətçilər əlbəyaxa oldu - (Video)
-
Kamil Zeynallı qızının uğuruna kövrəldi - (Video)
-
Gürcüstan Brüsseldə keçiriləcək Aİ sammitindən imtina etdi
-
Nazirlikdən yaşa görə muavinətlərlə bağlı yeni xəbər
-
İki gündə 58 cinayət açıldı, 67 axtarışda olan şəxs tutuldu
-
Bakıda külək, rayonlarda qar, leysan... - Hava ilə bağlı son məlumat
-
Avropa Rusiyadan imtina edir, amma qaz böhranı dərinləşir - İndi kimdən asılıdır?
-
Paytaxtda küləyin fəsadları aradan qaldırılır - (Foto)
-
Əməl Sayın mirasını kimə qoyacaq?
-
Məktəblərdə payız tətili başladı
-
Muxtar Məmmədov vəfat etdi
-
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək





