Kulinariya

Restoran dadında möhtəşəm atışdırmalıq: Cəmi bir neçə dəqiqəyə hazırdır

22 Dekabr 2025 08:43
Baxış: 406
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Badımcan mətbəxin ən çoxşaxəli tərəvəzlərindən biridir - onu bişirmək, qızartmaq, sobaya qoymaq və ya turşusunu hazırlamaq olar. Süfrəyə verildiyi andan bir neçə dəqiqə sonra bitəcək bu qəlyanaltı həm çox ləzzətli, həm də olduqca praktikdir.

Milli.Az lazım olan ərzaqları təqdim edir:

  • Badımcan;
  • Pendir;
  • Sarımsaq;
  • Mayonez;
  • "Çerri" pomidoru və cəfəri (bəzək üçün);
  • Duz;
  • Qızartmaq üçün duru yağ.

Hazırlanma qaydası:
İlk növbədə badımcanları yaxşıca yuyub halqa şəklində doğrayın. Üzərinə bol duz səpin və təxminən 2 saat saxlayın. Bu, tərəvəzin acı suyunun çıxması üçün vacibdir. Daha sonra badımcanları hər iki tərəfdən qızardın.

Pendiri rəndədən keçirin. Üzərinə zövqə görə əzilmiş sarımsaq və mayonez əlavə edib yaxşıca qarışdırın.

Qızardılmış bir badımcan halqasını götürün, üzərinə hazırladığınız pendirli qarışığı çəkin və ikinci bir badımcan halqası ilə üzərini örtün (sendviç formasına salın).

Hazır olan qəlyanaltıları boşqaba düzün. Üzərini "çerri" pomidoru və təzə cəfəri ilə bəzəyərək süfrəyə verə bilərsiniz.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.