10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ətirli qoxusu və qat-qat açılmış xəmir hissi verən tava börəyi xüsusilə səhər yeməkləri və qəfil gələn qonaqlar üçün əsl xilasedicidir. Sobaya ehtiyac duymadan, yalnız ocağın üzərində bişən bu börək həm xırtıldayan rəngi, həm də yumşaq daxili qatı ilə hər kəsin bəyənəcəyi bir ləzzətdir.
Milli.Az tava börəyi üçün lazım olan məhsulları təqdim edir:
3 ədəd hazır yuxa;
150 q ağ pendir və ya lor (istəyə görə holland pendiri də əlavə edilə bilər);
Bir ovuc doğranmış cəfəri;
1 armudu stəkan süd;
Yarım armudu stəkan duru yağ;
1 ədəd yumurta;
Duz və istiot (zövqə görə);
Tavanı yağlamaq üçün 1 xörək qaşığı kərə yağı və ya duru yağ.
Hazırlanma qaydası:
Bir qabda yumurta, süd və duru yağı yaxşıca çalın. Bu sous yuxaların həm yumşaq, həm də dadlı olmasını təmin edir.
Tavanı yağlayın. Birinci yuxanı kənarları tavanın kənarlarından daşacaq şəkildə bütöv yerləşdirin.
Tavaya sərdiyniz yuxanın üzərinə hazırladığınız sosdan gəzdirin.
İkinci yuxanı parçalara bölərək tavanın içinə səliqəsiz şəkildə yerləşdirin və yenidən sos tökün.
Orta qata pendir və cəfəri qarışığını bərabər şəkildə səpin.
Üçüncü yuxanı da parçalara bölərək pendirin üzərinə yerləşdirin və qalan sosu üzərinə tökün.
Ən altdakı birinci yuxanın kənardan sarkan hissələrini içəri doğru qatlayaraq börəyin üzərini örtün.
Tavanın qapağını bağlayın və vam odda təxminən 10-12 dəqiqə bişirin. Alt hissəsi qızardıqdan sonra düz bir boşqab vasitəsilə börəyi tərs çevirin və digər tərəfini də 10 dəqiqə qızardın.
İsti-isti servis etməyiniz məsləhətdir. Nuş olsun!
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sobada İzmir küftəsi resepti
-
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
-
Cəmi 30 dəqiqəyə hazırlanan dadlı kolbasalı şorba resepti
-
Anadolu mətbəxindən "Sömelek" Küftəsi resepti
-
10 dəqiqəyə hazır - yumurtasız şokoladlı keks resepti
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
XƏBƏR LENTİ
-
Vensan Kompani xəstəxanalıq oldu
-
Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq: İçmədən əvvəl 2 dəfə düşünün
-
Benzinli və dizel avtomobillər 2028-ci ildən qadağan ediləcək
-
Bu müsəlman ölkəsində hökumət subaylara sevgili tapmağa kömək edəcək
-
Toyda unudulmaz an - (Video)
-
Sobada İzmir küftəsi resepti
-
İş müsahibəsində uğur gətirən 3 strateji "ağ yalan"
-
Adil Yıldırım: "Gündə 20 dəfə əlaqədə olurdum, İtaliyada ciddi müalicə aldım" - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb - ( Video)
-
Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu – (Video)
-
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - (Foto)
-
İbad Hüseynov səfirliyin dəstəyi ilə Azərbaycana qayıtdı
-
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
-
Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb - Yenilənib
-
Günün qoroskopu: Şəxsi həyatınızda bəzi gərginliklər yaşana bilər
-
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür
-
Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - (Video)
-
“Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
-
Rafet El Romanın azərbaycanlı nişanlısı - (Foto)
-
Bəzi kolleclər bağlana bilər - (Video)
-
Bacısı Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
-
Deputatın oğlu "Yeraz Əhməd" dava edənləri barışdırmaq istəyirmiş - (Video)
-
"Cəhənnəm Necati"yə hökm oxundu





