İdman

"Qarabağ"ın daha bir futbolçusuna Braziliyadan TƏKLİF

24 Dekabr 2025 19:13
Baxış: 314
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın daha bir futbolçusu Braziliyaya qayıda bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Mateus Silvaya ölkəsindən təklif var.

Braziliyanın "Vitoriya" klubu 28 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.

Qeyd edək ki, 2023-cü ildən "Qarabağ"ın formasını geyinən Mateus Silva 107 rəsmi oyunda iştirak edib, dörd qol vurub və dörd məhsuldar ötürmə edib. Onun müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Xatırladaq ki, daha əvvəl Braziliyanın "Botafoqo" futbol klubu "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyo ilə müqavilə imzalamaq üçün ikinci dəfə rəsmi təklif göndərib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.