"Qarabağ"ın daha bir futbolçusu Braziliyaya qayıda bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Mateus Silvaya ölkəsindən təklif var.
Braziliyanın "Vitoriya" klubu 28 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.
Qeyd edək ki, 2023-cü ildən "Qarabağ"ın formasını geyinən Mateus Silva 107 rəsmi oyunda iştirak edib, dörd qol vurub və dörd məhsuldar ötürmə edib. Onun müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.
Xatırladaq ki, daha əvvəl Braziliyanın "Botafoqo" futbol klubu "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyo ilə müqavilə imzalamaq üçün ikinci dəfə rəsmi təklif göndərib.
Milli.Az