İdman

“Qarabağ”ın Yankoviç üçün istədiyi məbləğ

24 Dekabr 2025 19:35
Baxış: 491
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın futbolçusu Marko Yankoviç klubdan ayrılmaq üzrədir.

Milli.Az-ın məlumatına görə, buna yarımmüdafiəçinin ölkə xaricindən yaxşı təkliflər alması səbəb olub.

Oyunçu qış transfer dönəmində Ağdam təmsilçisi ilə vidalaşmaq niyyətindədir.

Lakin "Qarabağ"ın da öz şərti var. "Köhlən atlar" Yankoviçin satışından qazanc əldə etmək istəyir. Klub rəhbərliyi monteneqrolu futbolçunun yaşını da nəzərə alaraq azı 2-3 milyon avro gəlir qazanmağı planlaşdırır.

Oyunçunun fikri qətidir, qışda baş tutmasa, yay "transfer pəncərəsində" Marko Azərbaycan çempionu ilə yollarını ayıracaq.

Qeyd edək ki, onun klubla 2027-ci ilin yayınadək müqaviləsi var. (​Sport24.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.