Dünya

Saakaşvili və daha yeddi müxalifət liderinə cinayət işi açıldı

6 Noyabr 2025 18:00
Baxış: 361
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili və daha yeddi müxalifət lideri barəsində cinayət işi başlanıb.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Giorgi Qvarakidze brifinq zamanı məlumat verib. Onun sözlərinə görə, Saakaşvili ilə yanaşı Giorgi Vaşadze, Nika Qvaramiya, Nika Meliya, Zurab "Qirçi" Caparidze, Yelene Xoştariya, Mamuka Xazaradze və Bardi Caparidze də istintaqa cəlb olunublar.

Siyasətçilər təxribat törətmək, xarici dövlətə düşmənçilik fəaliyyətində köməklik göstərmək, konstitusiya quruluşuna və milli təhlükəsizliyə qarşı yönəlmiş addımlar atmaq, eləcə də hakimiyyəti zorakılıqla dəyişməyə çağırmaqda ittiham olunurlar.

Məlumata görə, Mamuka Xazaradze və Bardi Caparidze istisna olmaqla, digərləri hazırda müxtəlif cinayət işləri üzrə həbsdədirlər.

Hazırda istintaq prosesi davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.