İdman

Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı

6 Noyabr 2025 20:09
Baxış: 401
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turunun ən yaxşı oyunçusu müəyyənləşib.

Milli.Az xəbər verir ki, "Mançester Siti"nin futbolçusu Fil Foden həftənin ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

İngiltərəli vinger azarkeşlər arasında keçirilən sorğuda Viktor Osimhen ("Qalatasaray"), Karlos Forbs ("Brügge") və Mikel Merinonu ("Arsenal") qabaqlayıb.

Qeyd edək ki, Fil Foden "Mançester Siti"nin "Borussiya"nı 4:1 hesabı ilə məğlub etdiyi oyunda 90 dəqiqə meydanda olub və 2 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.