Ermənistan

Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyulub

6 Noyabr 2025 18:59
Baxış: 315
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyulub.

Milli.Az xəbər verir ki, bu barədə Sarkisyanın tərəfdarlarından olan Armen Aşotyan bildirib.

Onun sözlərinə görə, sabiq prezidentə yeni ittiham irəli sürülüb.

Vəkil Amram Makinyan isə bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın 2019-cu ildə baş verən hadisəyə görə Ermənistanı tərk etməsini məhdudlaşdırıb.

Səfər qadağası yeni ittiham əsasında tətbiq edilib. Makinyan aydınlaşdırıb ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi ötən axşam qəfildən Sarkisyanın yenidən çağırılmasının zəruriliyini elan edib. Vəkilin sözlərinə görə, bu qərar məhkəmənin keçmiş prezidentin ölkədən çıxışına qadağa qoymaq üçün prokurorluğun vəsatətini təmin etməkdən imtina etməsi ilə bağlıdır.(APA)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.