Azərbaycan Milli İncəsənət Muzeyində uşaqlar üçün tədbirlər keçiriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli İncəsənət Muzeyində noyabr ayı ərzində uşaqlar üçün əlamətdar tarixlərə həsr olunmuş maarifləndirici və bədii tədbirlər keçiriləcək.
Vətənpərvərlik mövzusunda uşaqlar üçün təqdim olunan maarifləndirici proqramlar Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək, gənc nəslin milli və mənəvi dəyərlər ruhunda tərbiyəsini gücləndirmək, onların intellektual və yaradıcılıq qabiliyyətini inkişaf etdirmək məqsədi daşıyır. Bu tədbirlər uşaqlarda vətənə, torpağa, el-obaya sevgi və məhəbbət hissini aşılayır, ölkəmizin tarixini, müstəqilliyini və suverenliyini təbliğ edir. Eyni zamanda, vətənimizin keşiyində mətanətlə dayanan, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin və onların ailələrinin xatirəsinə dərin ehtiramın ifadəsidir.
Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi və Sosial Xidmət Mərkəzlərinin "Parla" inklüziv mədəni kollektivinin birgə təşkilatçılığı ilə "Zəfərin Səsi - Qələbənin Nəğməsi" adlı konsert təqdim ediləcək. Tədbir Vətən müharibəsində qazanılmış şanlı Qələbəyə, həmçinin qəhrəman şəhid və qazilərimizin əziz xatirəsinə həsr olunacaq.
Tədbirin 6 noyabr tarixində keçirilməsi planlaşdırılsa da, yolların bağlı olması səbəbindən 13 noyabr tarixinə təxirə salınıb.
Noyabrın 7-də saat 12:00-da Azərbaycan Milli İncəsənət Muzeyində Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə "Xalqın Zəfəri" adlı konsert proqramı keçiriləcək.
8 noyabr- Zəfər Günündə "5 illik Zəfər Salnaməsi" adlı mühazirə, "Xarıbülbül" təsvirinə həsr olunmuş ustad dərsi və tematik ekskursiya təşkil olunacaq.
9 noyabr - Dövlət Bayrağı Günündə uşaqlar "Bayraq mənliyimdir, bayraq kimliyim" mövzusunda mühazirəni dinləyəcək, "Dövlət rəmzləri - Gerb və Bayraq" adlı ustad dərsində iştirak edəcək və tematik ekskursiyada ölkəmizin dövlət atributları ilə yaxından tanış olacaqlar.
17 noyabr - Milli Dirçəliş Günündə isə "Milli Dirçəliş" mövzusunda mühazirə, "Dövlət rəmzləri - Gerb və Bayraq" adlı ustad dərsi və tematik ekskursiya keçiriləcək.
Bu proqramlar uşaqların bilik və yaradıcılıq potensialını artırmaqla yanaşı, onlarda milli dəyərlər, tarixə və qəhrəmanlıq salnaməmizə dərin hörmət hissinin formalaşmasına xidmət edəcək.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı
-
Təbii qaz bahalaşdı - Yeni qiymətlər
-
Məleykə Əsədova: "Qızım da ağlayırdı, mən də"
-
Qızıl və gümüşün qiyməti dəyişdi
-
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
-
Adınıza xəbəriniz olmadan kredit götürülərsə, borcu kim ödəməlidir?
-
70 kilo qızılla tutulan polkovnikdən xəbər var
-
Azərbaycan nefti ucuzlaşdı
-
Türkan Vəlizadə təyyarədə təhlükəli anlar yaşadı - (Video)
-
Dollar almaq istəyənlərin diqqətinə
-
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
-
"Brent" bahalaşdı
-
Paşinyan Türkiyəyə səfər edib
-
“Vicdan haqqı”nın aktyorunun əkizləri dünyaya gəldi - (Foto)
-
Noyabrın 4 şanslı bürcü
-
Pol Makkartni milyarder oldu
-
Dünyanın ən hündür binaları tikiləcək – 2 kilometr hündürlüyündə
-
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
-
“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür





