Lavrov status məsələsinin gorbagor olduğunu təsdiqlədi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri, verilən bəyanatlar erməni cəmiyyətində ciddi narahatlıq və şübhələr yaradıb.
Narahatlıq daha çox Lavrovun İrəvandan geri Moskvaya dönüb üstündən iki gün sonra isə Bakıya səfər edəcəyi ilə bağlıdır. Lavrovun səfəri zamanı ermənilərə ünvanlanan mesajlara nəzər salaq.
XİN rəhbəri Qarabağda dinc həyatın təmin olunması ilə bağlı bildirib ki, həyata keçirilən prosesləri siyasiləşdirmək lazım deyil. İrəvanda ermənistanlı həmkarı Ara Ayvazyanla görüşü zamanı bu prosesin kifayət qədər çətin getdiyini deyib: "Çünki indi regionda birləşdirici marşrutların təşkili, təmas xətti məsələsi, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri həll olunur. Regionun rahat nəfəs alması və dinc həyatın təmin olunması üçün bu məsələlərin həlli vacibdir. Əvvəl siyasi müzakirələrlə məşğul olub bu prosesi sonraya saxlamaq istəyənlər, fikrimcə, bu prosesi baş-ayaq çevirir. Siyasi prosesləri insanların normal yaşayışının təmin olunmasından - necə ki, azərbaycanlılar və ermənilər on illər, yüz illər boyunca normal yaşayıblar - sonra həll etmək olar".
Rusiyalı nazirin bəyanatından irəli gələn tezislərə nəzər salaq. Birincisi, Lavrovla görüşdən sonra baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Qarabağla əlaqədar üçtərəfli bəyanatın icrası ilə bağlı bütün səyləri göstərməyə hazır olduğunu bəyan etdi. Konstruktiv dialoq aparacaqları barədə ermənilər Lavrova söz veriblər.
İkincisi, Lavrovun ermənilərə yönəlik "Qarabağda dinc həyatın təmin olunması üçün həyata keçirilən prosesləri siyasiləşdirmək lazım deyil" bəyanatı da ciddi önəm kəsb edir. Və açıq şəkildə bəyan edib ki, üçtərəfli sülh razılaşmasında nəzərdə tutulan birləşdirici marşrutların təşkili, təmas xətti məsələsi, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri də tezliklə həll olunmalıdır və olunacaq da. Ən əsası Rusiya regionda qarşıdurma istəmir və dinc həyat təmin olunmalıdır. Bəllidir ki, təxribatlar və ara-sıra diversiya əməllərinin də müəllifi məhz ermənilərdir. Ən nəhayət erməniləri hədələyib ki, hər hansı bir təxribatın rusiyalı sülhməramlılar tərəfindən operativ və səmərəli şəkildə qarşısı alınacaq.
Lavrov forpost ölkə damğası olan Ermənistan lideri Nikol Paşinyanın adı və soyadının yerini iki dəfə səhv tələffüz edib. Və Lavrov kimi bir diplomatın bunu yanlış olaraq işlətdiyini ancaq nikolsevərlər düşünə bilər. İrəvanda ümid edirdilər ki, Lavrov elə İrəvanda Qarabağdakı vəziyyətlə bağlı ermənilərin narahatlığına son qoyan açıqlamalar verəcək. Lakin bu baş vermədi. Əksinə, nazir sülh razılaşmasına əməl edilməsinin zəruriliyini diqqətə çatdırdı.
Ən əsası Azərbaycan tərəfindən ələ keçirilən erməni diversantların geri qaytarılması ilə də bağlı Lavrov bir söz söyləmədi. Erməni tərəfinin narahatlığı həm də rəsmi Bakının ermənilərə geri qaytardığı üç diversantla da bağlıdır. Açıqlanmasa da, ermənilərin bunun müqabilində nələr əldə etdiyi də açıqlanmır. Bu səbədən də diqqət Bakıda Lavrovun keçirəcəyi görüşlərin nəticələrinə yönəlib. Diqtə edən tərəfin Azərbaycan olduğunu ermənilər nəhayət başa düşməyə başlayıblar. Müharibənin tək qalibinin Azərbaycan olduğunu anlamağı xəstə təfəkkürlü erməni cəmiyyəti yavaş-yavaş anlamağa başlayıb.
Bəzi ehtimallara görə, Xankəndinin statusi da Lavrovun İrəvanda keçirdiyi görüşlərdə diqqət mərkəzində olub. Çox güman ki, Xankəndindən erməni qoşunlarının tam çıxması da istisna edilmir. Yeri gəlmişkən, Lavrovun səfəri ilə ermənilərin ağıllı kəsimi əvvəldən bilirdi ki, onlara yaxşı heç nə vəd edilmir. Bu səbəbdən də Lavrovun səfərinə qarşı etiraz aksiyası da keçirilib.
Azər Nuriyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
31 Mart soyqırımından 108 il ötür
-
Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - İcma
-
Millimizin 68 faizi
-
“Erməni xalqı qorxaqdır, gələcəyi yoxdur” - Ovannisyan
-
Ermənistan üçün son 24 saat - Brüsseldən nəyin ANONSU VERİLƏCƏK? Sülh, yoxsa savaş...
-
"Ermənistan ikiüzlülüyünə görə lazım olan cavabı alır" - Professor açıqladı
XƏBƏR LENTİ
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)





