31 Mart soyqırımından 108 il ötür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 108 il ötür.
Milli.Az-ın məlumatına görə, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən, çox sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.
Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib.
Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan "İsmailiyyə" binasını yandırıblar.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb.
Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən, 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub.
Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.
1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib.
Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.
1998-ci il martın 26-da Prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ofelya mərhum qardaşının mahnısını oxuyarkən ağladı - (Video)
-
Metronun bu stansiyalarda hərəkət dayandı
-
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
-
7 nazirlik işçi axtarır: 3 700 manat maaş
-
Sabah leysan olacaq, şimşək çaxacaq
-
Rəmişin qardaşı vəfat etdi - (Foto)
-
“Mərcan Medicare” klinikası cərimələndi
-
Ümit Besen təyyarəyə gecikdi, qızının toyuna gedə bilmədi - (Foto)
-
Köpəkbalığı fenomenin ayağını dişlədi - Hücum anı belə görüntüləndi - (Video)
-
“Fənərbağça” Çempionlar Liqasında Fransa klubu ilə qarşılaşacaq
-
Doğuşdan sonra 20 gün komada olan qadın vəfat etdi
-
Məşhur jurnal yeni 100 manatlıqdan yazdı: “iqtisadiyyat və inkişafın milli ifadəsi”
-
Azərbaycandan qaçan hərbçi Rusiyada tutuldu - Təhvil veriləcək
-
İnfantinonu tənqid etdi - Yüksək vəzifəsindən oldu
-
Könül Qasımova yenidən həbs olundu
-
Məşhur falçı ailəni “cadu” ilə qorxudub 730 manat aldı
-
Generalın oğlu işdən çıxarıldı
-
Anar Nağılbazın oğlu atasının məzarından video paylaşdı
-
"Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir"
-
İki futbolçunun həyatını itirdiyi qəzanın görüntüləri yayıldı - (Video)
-
Bəxtiyar Həsənov Rusiyadan belə deportasiya edilib - (Video)
-
Rusiya Britaniyanı hədələdi
-
Ceki Çan Azərbaycanda ona verilən hədiyyəni paylaşdı - (Video)
-
Moskva son 2 ilin ən böyük dron hücumuna məruz qaldı: Rekord say





