İran

İranda dondurmaya çəkilən "erotik" reklam qalmaqala səbəb oldu - FOTO

10 Avqust 2021 00:15
0 Şərh     Baxış: 4 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda "Domino" adlı dondurma (bəstəni) şirkətinin çəkib İnstagramda yerləşdirdiyi reklam videosu qalmaqala yol açıb. 

Milli.Az "Azad İran" Telegram kanalına istinadla xəbər verir ki, "Fars" xəbər agentliyi həmin gün videoda dondurmanı yeyərək reklam edən xanımın rəftarlarını "erotik" və "seksual" adlandırıb və şirkətin rəsmi qaydada üzr istəməsini tələb edib.  

"Məşreq" saytı isə İranın Mədəniyyət Vəzirliyinin rəsmilərinin birinə istinadən videonun "xüsusi icazə" əldə edilmədən çəkilib "İnstagram"da paylaşıldığını bildirərək, şirkətə qarşı hüquqi tədbirlərin görüləcəyini bildirib.  
Nəticədə şirkət sözügedən videonu sosial media hesabından silməli olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.