İran

Qalibaf: ABŞ İranı zəiflətməyə və parçalamağa çalışır

15 İyul 2026 23:06
Baxış: 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf xalqa müraciətində ABŞ-ın İranı zəiflətməyə və parçalamağa çalışdığını iddia edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Qalibaf bildirib ki, ABŞ-ın strategiyası yalnız İran İslam Respublikası sistemini dəyişdirmək deyil, həm də ölkənin ərazi bütövlüyünü hədəf almaqdır.

O, vurğulayıb ki, İran müharibə istəmir, lakin daim müdafiəyə hazır olmalıdır. Bununla yanaşı, diplomatiya və danışıqların milli maraqların qorunması və möhkəmləndirilməsi üçün vacib vasitələr olduğunu, bu iki istiqamətin bir-birinə zidd qiymətləndirilməməli olduğunu deyib.

Qalibaf İranın müharibə dövründə Hörmüz boğazını bağlamasını düzgün addım adlandıraraq bildirib ki, bu qərar milli təhlükəsizliyin qorunması baxımından əsaslı olub.

Onun sözlərinə görə, İran danışıqlar zamanı Hörmüz boğazında tətbiq edilən qaydaların memorandumda əks olunmasına nail olub və bunu digər tələblərinin irəli sürülməsi üçün mühüm vasitə hesab edir.

Qalibaf əlavə edib ki, ABŞ hazırda bu nəticələrin təsirini azaltmağa çalışır, lakin İran öz imkanlarına arxalanaraq hüquq və maraqlarını müdafiə etməlidir.

O, qeyd edib ki, hərbi imkanlarla diplomatiyanın uzlaşdırılması strateji zərurətdir.

Qalibaf vurğulayıb ki, danışıqlar güzəşt anlamına gəlmir, əksinə, müdafiə potensialı ilə yanaşı ölkənin strategiyasının tərkib hissəsidir.

Parlament sədri bildirib ki, İran rəhbərliyi ölkəyə qarşı atılan addımlara cavab verəcəyini düşünür və bu istiqamətdə Ali Rəhbərin göstərişlərinə uyğun hərəkət edəcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.