Hadisə

Şəmkirdə avtomobillər toqquşub, üç nəfər xəsarət alıb (Foto)

15 İyul 2026 22:42
Baxış: 269
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Şəmkirdə iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza Şəmkir-Kür qəsəbə avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan VAZ-21012 və "Volkswagen Passat" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.