Dünya

ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başlayıb

15 İyul 2026 23:38
Baxış: 367
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı ikinci zərbələr dalğasına başladığını açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə qurumun "X" hesabında məlumat yayılıb.

CENTCOM-un yaydığı məlumata görə, zərbələr Hörmüz boğazından sərbəst keçən gəmilərə təhlükə yaratdığı iddia olunan İranın hərbi imkanlarına qarşı yönəlib.

Qeyd olunub ki, əməliyyat beynəlxalq ticarət üçün həyati əhəmiyyət daşıyan Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

CENTCOM vurğulayıb ki, ABŞ hərbçiləri əməliyyatları Ali Baş Komandanın göstərişi əsasında həyata keçirir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.