İdman

"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov

15 İyul 2026 22:31
Baxış: 326
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qarabağ" UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiyanın "Vestri" klubu ilə cavab oyununa çıxacaq.

Milli.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov səfər matçından öncə komandanın hazırlıq durumu barədə fikirlərini bölüşüb:

"Ümumən komanda oyuna tam hazırdır. Rəqibi yaxından tanımışıq və oyunumuzu təhlil etmişik. Uzun yol gəlmişik və yolda olduğumuz üçün təbii ki, müəyyən qədər yorğunluq var. Buna baxmayaraq ümid edirəm ki, futbolçularımız sabahkı matça tam hazır olacaq və motivasiyalarını qoruyacaqlar.

Düzdür, bir qədər hava soyuqdur, amma əsl futbol oynamaq havasıdır. Heyətdə müəyyən dəyişikliklər ola bilər. Lakin kimin meydana çıxmasından asılı olmayaraq hər kəs əlindən gələni edəcək. Start heyəti ilə bağlı qərar vermək üçün sabaha qədər hələ vaxtımız var. Çalışacağıq ki, oyundan öncə konkret fikrimizi müəyyənləşdirib həyata keçirək".

Xatırladaq ki, komandalar arasında keçirilən ilk matçda "Qarabağ" "Vestri"yə 3:0 hesabı ilə qalib gəlib. (qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.