Ölkə

Hüseyn Əsgərliyə vəzifə verildi

15 İyul 2026 20:28
Baxış: 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinə direktor təyin olunub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Azər Məmmədrəhimov əmr imzalayıb.

Əmrə əsasən, Hüseyn Cəfər oğlu Əsgərli "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC-nin direktoru vəzifəsinə təyin olunub.

Təyinatdan əvvəl həmin müəssisədə direktor müavini vəzifəsində çalışan H.Əsgərli burada rəqəmsal transformasiya prosesinə, poçt və telekommunikasiya xidmətlərinin rəqəmsallaşdırılmasına, eləcə də süni intellekt və kibertəhlükəsizlik həllərinin tətbiqi istiqamətində innovativ layihələrin hazırlanmasına və icrasına rəhbərlik edib.

H.Əsgərli əmək fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində başlayıb və burada bir sıra rəhbər vəzifələrdə çalışıb. O, sonrakı illərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində sektor müdiri, Naxçıvan Dövlət Universitetində isə İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifələrində çalışıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.