CineMastercard yeni Open Air Cinema açır - VIDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"CineMastercard" premium kinoteatrlar şəbəkəsi Sea Breeze ərazisində yerləşən CaspiMayr Retreat Beach Resort-da yeni Open Air Cinema açır.
Yeni məkan Sea Breeze-in mədəni və əyləncə həyatının bir hissəsinə çevrilərək sakinlərə və kurortun qonaqlarına axşam istirahəti üçün unikal format təqdim edəcək. Açıq havada böyük ekran, rahat baxış zonası, yüksək keyfiyyətli görüntü və səs, eləcə də Xəzər dənizi sahilinin özünəməxsus ab-havası kino izləyicilərinə tamamilə yeni təəssüratlar bəxş edəcək.
Open Air Cinema-nın əsas özəlliklərindən biri xüsusi seçilmiş repertuar olacaq. Populyar filmlərlə yanaşı, tamaşaçıları ənənəvi kinoteatrlarda nümayişi artıq başa çatmış, lakin yay kinoteatrının fərqli formatında yenidən böyük ekranda təqdim olunacaq filmlərin eksklüziv nümayişləri gözləyir. Bu format tamaşaçılara kinoteatr nümayişi zamanı izləməyə fürsət tapmadıqları əlamətdar filmləri izləmək və ya sevdikləri ekran əsərlərinə yenidən baxmaq imkanı yaradacaq.
İlk film nümayişi 16 iyul saat 20:00-da keçiriləcək. Tamaşaçılara son illərin ən uğurlu milli kino layihələrindən biri olan və 300 000-dən çox baxış toplayan "Tağıyev. Neft" bədii filmi təqdim ediləcək.
Open Air Cinema ailə və dostlarla asudə vaxt keçirmək üçün yeni məkana çevriləcək. Burada film izləmək dolğun axşam proqramının bir hissəsi olacaq. Layihə yüksək keyfiyyətli kino nümayişini, rahatlığı və dənizkənarı məkanın üstünlüklərini bir araya gətirərək Sea Breeze sakinlərinə və qonaqlarına axşam istirahəti üçün yeni format təqdim edəcək.
"CineMastercard" film izləməyi yaddaqalan və parlaq hadisəyə çevirən məkanlar yaradaraq müasir kino nümayişi formatlarını inkişaf etdirməyə davam edir.
DİGƏR XƏBƏRLƏR
-
"Pulumu itirməyi deyil, aldadılmağımı qəbul edə bilmirəm” - (Video)
-
Qara dənizdə vurulan gəmidən xilas edilən azərbaycanlıların (Fotosu)
-
Akif Əyyubov vəfat etdi - (Foto)
-
Bakıda zeytun festivalı başlayıb – üç gün qastronomik yeniliklər, milli ənənələr və konsertlər - (Foto)
-
Bütün sosial müavinətlər ödənildi
-
Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
XƏBƏR LENTİ
-
Bakıda FIFA U-15 dünya çempionatı start götürür
-
Hörmüz boğazında iki neft tankeri minaya düşdü: Gəmilər partladı
-
Türkiyədə bələdiyyə sədri və oğlu saxlanıldı
-
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
-
"Pulumu itirməyi deyil, aldadılmağımı qəbul edə bilmirəm” - (Video)
-
Alma, portağal və vişnə deyil: Ən güclü antioksidant mənbəyi olan meyvə şirəsi açıqlandı
-
Cəmi 30 dəqiqəyə hazırlanan dadlı kolbasalı şorba resepti
-
Ütünü zədələmədən yanıq və kirəcdən təmizləməyin yolları
-
Supermodellər haqqında heç vaxt danışılmayan 5 utandırıcı fakt
-
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
-
Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
-
Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
-
Günün qoroskopu: Paxıl həmkarlarınızdan ehtiyatlı olun
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Con Qudman 90 kq arıqladı - (Foto)
-
Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
-
Qara dənizdə vurulan gəmidən xilas edilən azərbaycanlıların (Fotosu)
-
Gəncədə 5 aylıq körpə evdə öldü - Yenilənib
-
Akif Əyyubov vəfat etdi - (Foto)
-
Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
-
"Mən aliməm" - Nüşabə Ələsgərli
-
Messi karyerasının ən böyük uğurunu açıqlayıb
-
"Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - (Foto)
-
İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI





