İran

Pezeşkian: Trampın təxribat xarakterli bəyanatlar verməsi təbiidir

14 İyul 2026 23:28
Baxış: 318
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın İranla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, jurnalistlərin suallarını cavablandıran Pezeşkian qarşı tərəfin təxribat xarakterli bəyanatlar verməsinin təbii olduğunu bildirib.

"Düşmənin təxribat xarakterli bəyanatlarını davam etdirməsi təbiidir. Amma onlar meydanda öz məqsədlərinə çata biliblərmi?" - deyə İran Prezidenti bildirib.

Pezeşkian "İranı parçalamaq istəyənlər nə əldə ediblər?" sualını səsləndirərək əlavə edib:

"Biz inanırıq ki, torpağımızın hər qarışını əməli şəkildə müdafiə etməliyik. Bu cür qeyri-etik ifadələr yalnız onların özlərinə yaraşır, İran xalqına yox".

İran Prezidenti hazırkı şəraitdə ölkədaxili birlik və həmrəyliyin qorunmasının vacibliyini də vurğulayıb.

"Cəmiyyətdə parçalanma yaradan hər bir davranış və hərəkət bizim gücümüzü zəiflədəcək", - deyə Pezeşkian qeyd edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.