İran

Cəlilinin nümayəndələri azərbaycanlıları təhqir etdi

3 İyul 2024 14:07
Baxış: 1 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran prezidentliyinə namizəd və seçkilərin ikinci turunda Məsud Pezeşkianın rəqibi Səid Cəlilinin seçki qərargahının nümayəndələri Pezeşkiana səs verənləri eşşək adlandırıblar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə yerli sosial media kanallarında məlumat və videolar yayılıb.

"Mərənddə 95 min səsin 76 mini Məsud Pezeşkiana verilib, açıqca elan edirəm, təhqir də olsa olsa: Pezeşkiana eşşəklər səs verib", - Cəlilinin nümayəndəsi deyib.

Videonun yayılmasından sonra Mərənddə Cəlili və onun seçki qərargahının nümayəndələrinə qarşı etiraz aksiyası başlayıb, polis qüvvələri aksiyanın genişlənməsinin qarşısını alıb, bəzi etirazçıları bir neçə saatlığına həbs edib.

Saxlanılanlar dindirildikdən və aksiya keçirməməklə bağlı yazılı iltizam alındıqdan sonra sərbəst buraxılıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.