İran

İranın təhsil naziri istefa verdi

3 Aprel 2023 15:54
Baxış: 1 062
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Prezidenti İbrahim Rəisi təhsil naziri Yusif Nurinin istefasını qəbul edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Fərhəngiyan (Mədəniyyət) Universitetinin rəhbəri Reza Murad Sahrain təhsil naziri vəzifəsini icra edəcək.

Qeyd edək ki, İranda daha çox qız məktəblərində zəhərlənmələr baş verib. Bu, ölkədə etirazlara səbəb olub. Hadisə nəticəsində 5 mindən çox şagird zəhərlənib. Hadisə ilə bağlı 100-dən çox adam saxlanılıb.

Həmçinin, İran məktəblərində bəzi digər nöqsan və çatışmazlıqlarla bağlı da narazılıqlar olub. Müəllimlərin maaşının gecikməsindən sonra İran Prezidenti məsələni araşdırmağı tapşırmış, Novruz çıxışında bununla bağlı Təhsil Nazirliyini günahlandırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.