Maraqlı

MediaTek prosessorlarında təhlükəli boşluq aşkarlandı

11 Dekabr 2021 21:50
0 Şərh     Baxış: 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Check Point Research şirkəti MediaTek prosessorlarında aşkar edilmiş boşluq barəsində hesabatı təqdim ediblər. Məlumatda qeyd edilib ki, aşkar edilmiş boşluq sayəsində hackerlər cihazların mikrofonları üzərində idarəetməni əldə etmiş ola bilərlər. Mütəxəssislərin sözlərinə əsasən boşluq prosessorların süni zəka ilə bağlı imkanlarında və səsin emalı sistemlərində mövcud olub. Məlumata əsasən aşkar edilmiş boşluq kənar tətbiq vasitəsilə yüksək imtiyazların əldə olunması üzərindən lokal kiberhücumların reallaşdırılmasına şərait yaradıbmış. Başqa sözlə desək, hər hansı MediaTek prosessoruna sahib smartfona yüklənmiş zərərli proqram təminatı cihazın audiosistemi üzərində idarəni əldə edir və istifadəçinin də xəbəri olmadan cihazın mikforonu vasitəsilə ətrafdakı səsləri yaza bilir.

Bu boşluğun istifadəsinə şərait yaratmış alqoritm qəliz alqoritm kimi dəyərləndirilib. Kiberhücum prosesi üçün kənar tətbiqlər cihazın audiointerfeysinə müəyyən əmrləri göndərmiş ola bilərlər. Yaxşı xəbər ondan ibarətdir ki, MediaTek mütəxəssisləri bu boşluğu tez bir zamanda aradan qaldırmağı bacarıblar və hackerlər həmin boşluqdan istifadə edə bilməyiblər. Şirkət təmsilçiləri bildiriblər ki, boşluğu aradan qaldırmış sistem yenilənməsi bu ilin oktyabr ayında təqdim edilib. Hər hansı MediaTek prosessoru vasitəsilə çalışan cihaza sahib istifadəçilərə öz cihazlarının sistem yenilənmələrini reallaşdırmaq məsləhət görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.