Maraqlı

Kəşfiyyat şefindən UNO açıqlaması: “ Yaxın on ildə...”

13 Noyabr 2021 19:12
0 Şərh     Baxış: 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Avril Hayns uçan naməlum obyektlərlə (UNO) bağlı açıqlama verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Hayns çıxışında Yer kürəsindən kənarda intellektual həyatın mümkünlüyünü istisna edən ifadələr işlədib.

O, Konqresi məşğul edən məsələlərdən birinin uçuş narahatlıqları və əks-kəşfiyyat təhlükəsizliyi ilə yanaşı, "yadplanetlilərdən gələ biləcək təhlükə" olduğunu bildirib.

Hayns qeyd edib ki, UNO-ların düzgün araşdırıla bilməsi üçün daha yaxşı hesabatverici strukturların yaradılması lazımdır.

Hayns ABŞ Müdafiə Nazirliyinin UNO görüntüləri haqda bunları söyləyib: "Biz onların hər birini müəyyən etdiyimiz müxtəlif kateqoriyalara ayıra bilməyəcəyimizə tam əmin idik, çünki açığını desək, bu barədə heç nə başa düşə bilmədik".

O, məlumatların toplanmasında texniki infrastrukturun təkmilləşdirilməsinin də lazım olduğunu deyib.

Hayns əlavə edib ki, yaxın 10 ildə bəşəriyyətin kosmosla əlaqələrində böyük sürətlənməni proqnozlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.