Maraqlı

Dünyanın ən məşhur serialı öz kriptovalyutasını buraxır - FOTO

30 Oktyabr 2021 14:34
0 Şərh     Baxış: 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koreya istehsalı olan və dünyanın ən məşhur serialı sayılan "Squid game" özünün kriptovalyutasını işə salıb.

Hazırda "Squid" adlanan kriptovalyuta 2,22 dollara başa gəlir, tokenin bazar dəyəri isə 174 milyon dolları ötür.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Squid" tokeni "Squid Game" əsasında eksklüziv oyun sikkəsi kimi buraxılıb.

Noyabr ayında platformada 6 turdan ibarət onlayn müsabiqə (seriyadakı kimi) başlayacaq (Serial böyük pul mükafatı qazanmaq ümidi ilə uşaq oyunlarını oynayan böyüklərin ölümcül turnirindən bəhs edir).

Tokenin satışı oktyabrın 20-də başlayıb.

Bununla belə, "CoinMarketCap" istifadəçilərin bu tokeni məşhur mərkəzləşdirilməmiş "Pancakeswap" birjasında sata bilməyəcəyini deyib. Bunun səbəbi hələ aydın deyil.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.