Maraqlı

"YouTube" Braziliya prezidentinin kanalını bloklayıb

30 Oktyabr 2021 23:20
0 Şərh     Baxış: 1 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"YouTube" videohostinq xidməti Braziliya prezidenti Jair Bolsonaronun rəsmi kanalını bir həftə müddətinə yeni videolar yayımlamaq imkanından məhrum edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Məlumata əsasən, bu, dövlət başçısı tərəfindən xidmətin qaydalarının təkrar pozulması səbəbilə edilib:

"Jair Bolsonaronun kanalından vaksinlərin yoluxma riskini azaltmadığını və digər yoluxucu xəstəliklərə səbəb olduğunu iddia edən videonu sildik. Bu video bizim COVID-19 haqqında tibbi xarakterli qeyri-dəqiq məlumatların yayılması ilə bağlı qaydalarımıza ziddir. Videonun yaradıcısının kimliyindən və siyasi baxışlarından asılı olmayaraq, biz siyasətimizi ardıcıl şəkildə tətbiq edirik".

Qeyd edək ki, J.Bolsonaro cümə axşamı sosial mediada həftəlik brifinqi zamanı saytlardan birində yayılan məlumatdan sitat gətirib. O, Böyük Britaniyada koronavirusa qarşı peyvənd olunanlarda sonradan QİÇS-in aşkar edildiyi barədə danışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.