Maraqlı

"Youtube" bu videoları da siləcək

30 Sentyabr 2021 10:24
1 Şərh     Baxış: 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Youtube" koronavirus peyvəndləri haqda insanlar arasında təşvişə səbəb ola biləcək dezinformasiya xarakterli məlumatları siləcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  bu barədə şirkətin vitse-prezidenti Mett Halprin açıqlamasında deyib.

O bildirib ki, vaksinlərin təhlükəli olması və onların insan sağlamlığına mənfi təsir göstərə biləcəyi haqda paylaşılan bütün videolar platformadan silinəcək.

Mett Halprin bunun təkcə koronavirusa qarşı vaksinlərə deyil, bütün peyvəndlərə də şamil olduğunu qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.