Maraqlı

POCO F3 GT gamer smartfonu təqdim olunub - QİYMƏTİ

27 İyul 2021 20:05
0 Şərh     Baxış: 1 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xiaomi-nin POCO brendi POCO F3 GT adlı yeni smartfonunu təqdim etməklə özünün smartfon seriyasını genişləndirib. Qeyd etmək lazımdır ki, təqdim olunmuş yeni POCO F3 GT smartfonu gamerlər üçün nəzərdə tutulmuş smartfondur. Onun əsas özəllikləri arasında güclü prosessor, gövdəyə inteqrasiya edilmiş xüsusi idarəetmə düymələri, böyük həcmli batareya, RGB işıqlandırmaya sahib kameralar və ekran sensoruna yüksək toxunuş həssaslığı var. Beləliklə POCO F3 GT smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym OLED ekran ilə təchiz olunub. Smartfonun həm ekranı həm də arxa paneli Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub.

Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Ekran həmçinin HDR 10+ texnologiyasını da dəstəkləyir. Əsas texniki özəlliklərə gəldikdə isə POCO F3 GT modeli MediaTek Dimensity 1200 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP (ultragenişbucaqlı obyektiv) + 2 MP (makroobyektiv) üçlü arxa kamera, 16 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5065 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun arxa kameralarının ətrafında RGB işıqlandırma sistemi yerləşdirilib. Bu isə öz növbəsində bir daha POCO F3 GT-nin gamer smartfonu olduğunu göstərir.

Həmin RGB işıqlandırma həmçinin smartfonda olan enerji səviyyəsinin göstəricisi qismində də istifadə oluna bilər. Mobil oyunlarda daha rahat idarəetmə təcrübəsini yaşamaq üçün POCO F3 GT-nin kənar hissəsinə xüsusi düymələr inteqrasiya edilib. Həmin düymələr gövdənin daxilinə yerləşdirilib və istifadəçi öz istəyinə juyğun olaraq kənar hissədəki aktivləşdirmə düyməsinə klik edərək həmin idarəetmə düymələrinin ortaya çıxmasına nail ola bilər. POCO F3 GT smartfonu 26 iyul tarixində satışa çıxacaq. 6 GB RAM-a və 128 GB yaddaşa sahib versiya 362$-a, 8 GB RAM-a və 128 GB yaddaşa sahib versiya 389$-a, 8 GB RAM-a və 256 GB yaddaşa sahib versiya isə 416$-a satılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.