Maraqlı

iPhone 13 bir qədər daha tez şarj oluna biləcək

27 İyul 2021 21:15
0 Şərh     Baxış: 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Verilmiş yeni məlumata əsasən bu il təqdim olunacaq iPhone modelləri aktual olan iPhone-lardan fərqli olaraq daha sürətli şarj texnologiyasını əldə edəcəklər. Apple şirkətinin istehsalat zəncirindən məlumat verən insayderlər qeyd ediblər ki, şirkət bu il təqdim olunacaq iPhone modellərinin şarj gücü göstəricilərini yüksəldib. Məlumatda qeyd edilib ki, iPhone 13 modelləri 25 vatt gücündə olan sürətli naqilli şarjı dəstəkləyəcəklər.

Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan iPhone 12 modelləri 18 vatt gücündə olan sürətli naqilli şarjı dəstəkləyirlər. Görünür, iPhone 13 sürətli şarj texnologiyası məsələsində yenə də müasir Android smartfonlardan geri qalacaq. Belə ki, müasir Android smartfonlar daha yüksək göstəricidə olan sürətli şarj texnologiyasını dəstəkləyirlər.

Bundan əlavə olaraq məlumata əsasən 25 vatt gücündə şarj texnologiyasına keçid öz növbəsində şarj sürətində dəyişikliyə səbəb olmaya bilər. Belə ki, bu ilki iPhone modellərinin batareya həcmlərinin böyüməsi gözlənilir. Bəzi məlumatlara əsasən yeni iPhone-lar A15 Bionic prosessoru və 1 TB daxili yaddaş həcmi ilə təchiz olunacaqlar. Bundan əlavə olaraq Pro modellərin ekranlarının LTPO texnologiyasına keçid edəcəkləri və nəticədə 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcəkləri gözlənilir. iPhone 13 smartfon seriyası bu ilin sentyabr ayında təqdim olunmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.