Maraqlı

Atmosferdəki yüksək turşuluq miqdarı okean ekosistemini məhv edir

13 İyul 2021 21:10
0 Şərh     Baxış: 1 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şərqi İngiltərə Universitetinin alimlərindən ibarət tədqiqatçılar qrupu aşkar edib ki, yüksək atmosfer turşuluğu okean ekosisteminin stabilliyinə təsir göstərir. Qidalandırıcı maddələrin okeana çatdırılma prosesinə turşuluğun təsir göstərməsi məsələsində aparılmış ilk tədqiqat onu göstərib ki, qidalandırıcı maddələrin çatdırılması üsulu okeanın produktivliyinə və onun atmosferdən CO2 udma qabiliyyətinə təsir göstərir. Tədqiqatçıların hesablamalarına əsasən sənayeləşdirmə dövründən başlayaraq atmosfer turşuluğunun yüksəlməsi dünya okeanındakı fosfor miqdarının 14%, dəmir miqdarının isə 16% artmasına səbəb olub. Bu isə öz növbəsində dəniz fitoplanktonunun (orqanizmlərin ekosistemi üçün vacib olan faktor) qida şərtlərinə təsir göstərir.

Dənizlərin və atmosferin kimyəvi tərkiblərini araşdıran professor Alex Baker bildirib ki, çirkli maddələrin ifraz olunması atmosferin turşuluq miqdarında ciddi dəyişikliklərə səbəb olub. Bu isə bəzi yerlərdə turşu yağışlarının əmələ gəlməsinə səbəb olub. Tədqiqatçılar belə bir nəticəyə gəliblər ki, yüksək atmosfer turşuluğu səbəbilə okeanda olan qidalandırıcı maddələr düzgün şəkildə paylana bilmirlər. Bu isə o deməkdir ki, fitoplanktonların bəzi növləri digərlərindən daha çox qida əldə edirlər. Nəticədə okean ekosisteminin disbalansı yaranır. Hal hazırda bu disbalansın nəticələri o qədər də kritik olmaya bilərlər. Lakin həmin nəticələr Yer kürəsinin qlobal vəziyyətinə ciddi təsir göstərəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.