Maraqlı

NASA astronavtlara kosmosda paltar yumağı öyrədəcək

8 İyul 2021 21:55
0 Şərh     Baxış: 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NASA paltarların kosmosda yuyulması üçün metodlar hazırlamaq məqsədilə iri çamaşır yuyucu istehsalçısı ilə birləşib. Hal-hazırda Beynəlxalq Kosmik Stansiyadakı (BKS) astronavtların paltarları çirklənərək yararsız hala düşür və atılır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, NASA astronavtlara paltarlarına necə qulluq etməyi öyrətmək niyyətindədir. Agentlik iri çamaşır yuyucu istehsalçısı ilə birlikdə kosmosda paltarların təmizlənməsi üçün üsul tapacağını, bunun Yer üzündə olduğu kimi aylarla, hətta illərlə yenidən istifadə edilə biləcəyinə ümid edir. Beləliklə, bu ilin sonunda NASA BKS-ə bir neçə dəst çamaşır yuyucusu göndərməyi planlaşdırır. 2021-ci ilin dekabr ayından etibarən alimlər fermentlərin və digər maddələrin altı aylıq cazibəsizlik şəraitində necə reaksiya verəcəyini müşahidə edəcəklər. 2022-ci ilin may ayında isə astronavtlara ləkə təmizləyici vasitələr çatdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.