Maraqlı

Azərbaycanda geniş yayılmış qan xəstəliyi - TALASSEMİYANIN ƏLAMƏTLƏRİ

6 İyul 2021 21:25
0 Şərh     Baxış: 1 419
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Diaqnoz klinik və laborator müayinələrin (hemoqramma, mieloqramma, elektroforetik üsul) nəticələri əsasında qoyulur. Talassemiyanın prenatal diaqnostikası mümkündür. Müalicə məqsədilə hemotransfuziya, desferalla terapiya, splenektomiya, sümük iliyinin transplantasiyası icra olunur

Milli.Az medicina.az-a istinadən talassemiyanın əsas əlamətlərini təqdim edir:

Böyük (homoziqot) ß-talassemiyanın əlamətləri uşaq doğulduqdan sonra 1-2 il ərzində meydana çıxır. Xəstələrdə xarakterik monqoloid irqinə məxsus üz cizgiləri, yəhərəbənzər burun kökü, dördbucaqlı kəllə, üst çənənin hipertrofiyası, dişləm anomaliyaları, hepato- və splenomeqaliya müşahidə edilir. Anemiya ilə əlaqədar dəri örtükləri solğun və ya sarımtıl rəng alır. Borulu sümüklərin zədələnməsi boy artımının ləngiməsinə və patoloji sınıqlara səbəb olur. Pasiyentlərdə iri oynaqların sinoviti, kalkulyoz xolesistit, aşağı ətrafların xoraları aşkarlana bilər. Daxili orqanların hemosiderozu ß-talassemiyanın gedişini ağırlaşdıraraq, qaraciyər sirrozuna, mədəaltı vəzinin fibrozuna, şəkərli diabetə, kardioskleroz və ürək çatışmazlığına gətirib çıxarır. Uşaqlarda pnevmoniyanın ağır formalarına və sepsisə rast gəlinə bilər.

Kiçik (heteroziqot) ß-talassemiya simptomsuz və ya minimal klinik təzahürlərlə (dalağın bir qədər böyüməsi, zəif ifadəli hipoxrom anemiya, tez yorulma) gedə bilər. Analoji simptomatika α-talassemiyanın heteroziqot formasında da müşahidə edilir.

α-talassemiyanın homoziqot formasında alfa zəncirləri olmur; döldə fetal hemoqlobinin sintez edilmir. Talassemiyanın bu forması həyatla uzlaşmadığından hidrops sindromu nəticəsində dölün bətndaxili ölümü və ya hamiləliyin özbaşına pozulması (düşük) baş verir. Hemoqlobinopatiya-H hemolitik anemiya, splenomeqaliya, sümüklərin ağır dərəcəli zədələnmələr

Əsas bunlara diqqət yetirin:

narahatlıq

solğunluq

tez-tez infeksion xəstəliklərin keçirilməsi

iştahın pis olması

inkişafda geriyə qalması

sarılıq (dərisi və göz ağları sarımtıl)

böyümüş orqanlar (qara ciyər, dalaq).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.