Maraqlı

Məşhur analitik növbəti iPhone SE barəsində məlumatlar verib

29 İyun 2021 22:55
0 Şərh     Baxış: 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apple məhsulları barəsində dəqiq proqnozlar ilə məşhurlaşmış analitik Ming-Chi Kuo şirkətin növbəti iPhone SE modelinin nə zaman təqdim olunacağı, onun dizaynı və bəzi texniki özəllikləri barəsində məlumat verib. Beləliklə analitikin verdiyi məlumata əsasən Apple şirkəti yeni büdcəli iPhone SE modelini 2022-ci ilin birinci rübündə təqdim edəcək. Güman olunur ki, bu, mart ayında baş tutacaq. Analitikin məlumatında qeyd olunub ki, növbəti iPhone SE modeli 4.7 düym ekrana, yenilənmiş prosessora və ekrana sahib olacaq.

Gözləntilərə əsasən smartfon həmçinin 5G modem ilə təchiz olunacaq və beləliklə alıcıların 5G cihazlar bazarındakı prioritetlərini dəyişə biləcək. Buna baxmayaraq analitik smartfonun sahib olacağı 5G modemin texniki özəllikləri barəsində heç bir məlumat verməyib. Bununla yanaşı analitik yaxın gələcəkdə iPhone SE-ni gözləyən redizayndan da danışıb. O qeyd edib ki, 2023-cü ildə təqdim olunacaq iPhone SE modelinin ekranı üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdiriləcək. Lakin 2022-ci ildəki iPhone SE-nin dizaynında heç bir dəyişiklik olmayacaq və o, xarici görünüşcə iPhone 8-ə bənzəyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.