Maraqlı

Yunanıstanda bir həftədə ikinci tətil - FOTO

17 İyun 2021 09:59
Baxış: 437
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanın paytaxtı Afinada ictimai nəqliyyat sektorunda çalışanlar tətil elan edib.

"Reuters" xəbər verir ki, etiraz aksiyası əmək qanunvericiliyi islahatını nəzərdə tutan qanun layihəsinin parlamentdə müzakirəsi ərəfəsində baş verib.

Həmkarlar ittifaqları belə hesab edir ki, islahatlar iş saatlarının uzanması və işçilərin hüquqlarının azalmasına gətirib çıxaracaq.

Məlumata görə, tətil səbəbindən şəhərdə nəqliyyat infrastrukturu iflic olub.

Qeyd edək ki, həmkarlar ittifaqlarının pandemiyadan sonrakı ilk kütləvi etiraz aksiyası iyunun 11-də baş tutub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.