Great Wall yeni brend təsis edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Artıq Great Wall çətirinin altında dörd marka mövcuddur: pikaplar üçün Great Wall, kütləvi krossover və ofrouderlər üçün Haval, bahalı modellər üçün Wey və elektrokarlar üçün Ora. İndi bu cərgəyəbeşinci marka da qoşulacaq. Qarşıdan gələn Şanxay avtosalonunda yeni Tank markası təqdim olunacaqdır. Bu markanın yaradlmasına keçən il təqdim olunan Wey Tank 300 ramalı ofrouderi təkan verib .
Milli.Az autograph.az-a istinadən bildirir ki, Wey markası yalnız müxtəlif ölçülü krossoverləri buraxacaqdır, yeni marka altında isə şirkət ofrouderlər çeşidini inkişaf etdirəcəkdir. Artıq Tank markası üçün, T hərfi şəklində üslub verilən emblem də hazırlanıb, yaxın zamanlarda isə diler şəbəkəsinin yaradılması nəzərdə tutulur. Yeni brendin ilk modeli Tank 300 adlanacaqdır. Hələlik isə, çin brendi Cybertank 300 adlı konsept avtomobilini təqdim edir.
Marka nümayəndələri "kiberpunk" üslubu haqqında nə desələr də, onların yaratdığı çirkin avtomobil Gelendwagen modeinin AMG versiyasına parodiya kimi qəbul olunur. Ofrouder iri bamperlərə, kapotdakı hava girişinə, təkər tağlarının genişləndiricilərinə, enli kandarlara, damdakı örtüyə və tamamilə ağ rəngli daxili tərtibata malikdir. Eyni zamanda, 227 at qüvvəsi və 387 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik və səkkiz pilləli "avtomat" Wey Tank modelindən miras qalıb.
Ancaq bu, aysberqin yalnız gülünc zirvəsidir. Tank markası dərhal beş yeni avtomobili buraxmağı planlaşdırır! Bu modellərin bəziləri Şanxayda keçiriləcək avtosalonda seriyaöncəsi variantda nümayiş etdiriləcəkdirlər. Onların arasında mütləq flaqman da olacaq - bu, brutal dizaynı və dəbdəbəli dörd yerlik salonu olan 5.2 metrlik ofrouderdir. Bu ofrouder texniki hissəni bu yaxınlarda debüt edəcək iri Great Wall pikapı ilə bölüşəcəkdir.
Tank və Great Wall markalarının top modelləri ramalı şassi üzərində qurulacaq, 354 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən yeni 3,0-litrlik V6 (6Z30) benzin turbomühərriki ilə təchiz ediləcəkdirlər. Üstəlik, 320 Nm-lik fırlanma anı artıq 1000 dövr/dəqiqədə əlçtan olacaqdır. Mühərrik ramada uzununa quraşdırılır və 600 Nm-ə qədər bir fırlanma anına dözən doqquz pilləli "avtomat" ilə tandemdə çalışır. Transmissiyaya inteqrasiya edilmiş elektrik mühərriki olan hibrid versiya da mövcuddur. Hibrid qurğunun fırlanma anı 750 Nm-ə çatır.
Növbəti beş il ərzində Great Wall markası Tank brendi altında buraxılacaq avtomobillərin satış həcmini ildə 500 min ədədə çatdırmağı planlaşdırır
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
XƏBƏR LENTİ
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib





