Great Wall yeni brend təsis edib - FOTO

1 May 2021 20:30

Artıq Great Wall çətirinin altında dörd marka mövcuddur: pikaplar üçün Great Wall, kütləvi krossover və ofrouderlər üçün Haval, bahalı modellər üçün Wey və elektrokarlar üçün Ora. İndi bu cərgəyəbeşinci marka da qoşulacaq. Qarşıdan gələn Şanxay avtosalonunda yeni Tank markası təqdim olunacaqdır. Bu markanın yaradlmasına keçən il təqdim olunan Wey Tank 300 ramalı ofrouderi təkan verib .

Milli.Az autograph.az-a istinadən bildirir ki, Wey markası yalnız müxtəlif ölçülü krossoverləri buraxacaqdır, yeni marka altında isə şirkət ofrouderlər çeşidini inkişaf etdirəcəkdir. Artıq Tank markası üçün, T hərfi şəklində üslub verilən emblem də hazırlanıb, yaxın zamanlarda isə diler şəbəkəsinin yaradılması nəzərdə tutulur. Yeni brendin ilk modeli Tank 300 adlanacaqdır. Hələlik isə, çin brendi Cybertank 300 adlı konsept avtomobilini təqdim edir.

Marka nümayəndələri "kiberpunk" üslubu haqqında nə desələr də, onların yaratdığı çirkin avtomobil  Gelendwagen modeinin AMG versiyasına parodiya kimi qəbul olunur. Ofrouder iri bamperlərə, kapotdakı hava girişinə, təkər tağlarının genişləndiricilərinə, enli kandarlara, damdakı örtüyə və tamamilə ağ rəngli daxili tərtibata malikdir. Eyni zamanda, 227 at qüvvəsi və 387 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik və səkkiz pilləli "avtomat" Wey Tank modelindən miras qalıb.

Ancaq bu, aysberqin yalnız gülünc zirvəsidir. Tank markası dərhal beş yeni avtomobili buraxmağı planlaşdırır! Bu modellərin bəziləri Şanxayda keçiriləcək avtosalonda seriyaöncəsi variantda nümayiş etdiriləcəkdirlər. Onların arasında mütləq flaqman da olacaq - bu, brutal dizaynı və dəbdəbəli dörd yerlik salonu olan 5.2 metrlik ofrouderdir. Bu ofrouder texniki hissəni bu yaxınlarda debüt edəcək iri Great Wall pikapı ilə bölüşəcəkdir.

Tank və Great Wall markalarının top modelləri ramalı şassi üzərində qurulacaq, 354 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən yeni 3,0-litrlik V6 (6Z30) benzin turbomühərriki ilə təchiz ediləcəkdirlər. Üstəlik, 320 Nm-lik fırlanma anı artıq 1000 dövr/dəqiqədə əlçtan olacaqdır. Mühərrik ramada uzununa quraşdırılır və 600 Nm-ə qədər bir fırlanma anına dözən doqquz pilləli "avtomat" ilə tandemdə çalışır. Transmissiyaya inteqrasiya edilmiş elektrik mühərriki olan hibrid versiya da mövcuddur. Hibrid qurğunun fırlanma anı 750 Nm-ə çatır.

Növbəti beş il ərzində Great Wall markası Tank brendi altında buraxılacaq avtomobillərin satış həcmini ildə 500 min ədədə çatdırmağı planlaşdırır

Milli.Az