Maraqlı

İlon Mask: "Marsa uçuşlara yaxın illərdə başlayacağıq"

1 Aprel 2021 22:30
Baxış: 784
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Space X" şirkətinə məxsus "Starship" fəza gəmiləri artıq qarşıdakı illərdə Marsa uçuşlara başlayacaq.

Bu barədə həmin şirkətin sahibi İlon Mask (Elon Musk) "Twitter" səhifəsində yazıb.

""Space X" Marsa "Starship" gəmilərini endirməyə 2030-cu ildən xeyli əvvəl başlayacaq", - o deyib.

Tanınmış iş adamı əsas məsələnin insanları Marsa çatdırmaqdan daha çox orada insanların yaşaması üçün lazımi şərtlərə malik olan daimi bazanı yaratmaq olduğunu bildirib.

Qeyd edək ki, NASA (ABŞ Aeronavtika və Fəza Agentliyi) Marsa insanların uçuşlarını yalnız 2030-cu illərin ortalarında mümkün olacağı qənaətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.